...

Dövlət Gömrük Komitəsinin sədri Tovuzda vətəndaşları qəbul edib

Cəmiyyət Materials 25 Oktyabr 2013 21:26 (UTC +04:00)
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 25-də Tovuz Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edib.
Dövlət Gömrük Komitəsinin sədri Tovuzda vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 25-də Tovuz Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DGK-nın struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.

Komitənin səlahiyyətlərinə aid olan müraciətlərin bir qismi yerindəcə öz müsbət həllini tapıb. Bəzi məsələlərin isə həll olunması üçün müvafiq tapşırıq verilib. DGK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti