...

Azərbaycanda laparoskopiya üzrə treninqlərə başlanılıb

Cəmiyyət Materials 28 Oktyabr 2013 17:34 (UTC +04:00)
Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ilk dəfə laparoskopiya üzrə treninqlərə başlanılıb.
Azərbaycanda laparoskopiya üzrə treninqlərə başlanılıb

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ilk dəfə laparoskopiya üzrə treninqlərə başlanılıb.

Trend nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, institutun rektoru Nazim Qasımov deyib ki, artıq həkimlərimiz laparoskopiya üzrə ixtisaslarını artırmaq üçün böyük vəsait hesabına xarici ölkələrə üz tutmayacaqlar. Gələcəkdə belə treninqlərin bölgələrdə də keçirilməsi nəzərdə tutulur.

İnstitutun təşəbbüsü ilə keçirilən treninqlərdə əvvəlcə müdavimlərə laparoskopiya üzrə nəzəri biliklər veriləcək. Sonra isə institutda hər cür avadanlıqlarla təmin edilmiş və əməliyyata yaxın şərait qurulmuş treninq otağında həkimlər laparoskopik cərrahiyyə üzrə sadə vərdişlərə yiyələnəcəklər. Yalnız bundan sonra təlim keçmiş həkimlər mərhələlərlə laparoskopik cərrahiyyə əməliyyatlarında iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti