...

Hacıqabulda şirniyyat sexinə bir sıra məhsulların istehsalı və satışı qadağan edilib (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2013 11:41 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən “Hacıqabul Süd” MMC-də şirniyyat məhsullarının istehsalına dövlət nəzarəti həyata keçirilib.
Hacıqabulda şirniyyat sexinə bir sıra məhsulların istehsalı və satışı qadağan edilib (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən "Hacıqabul Süd" MMC-də şirniyyat məhsullarının istehsalına dövlət nəzarəti həyata keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, istehsal olunan şərq şirniyyatının uyğunluq sertifikatı, pirojnanın uyğunluq və gigiyenik sertifikatları, reseptura və texnoloji prosesi reqlamentləşdirən sənədləri, o cümlədən xammalların müvafiq sənədləri yoxdur. Müəssisədə sanitariya norma və qaydaları pozulub, hazır məhsulların və xammalın saxlanılması standartın tələblərinə uyğun olmayıb.

Aşkar olunan bu və digər nöqsanlarla əlaqədar olaraq "Hacıqabul Süd" MMC-yə məxsus şirniyyat sexində şərq şirniyyatı və pirojna məhsulunun istehsalı və satışı qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti