...

Park Cinema qiymətləri endirdi

Cəmiyyət Materials 14 Noyabr 2013 14:49 (UTC +04:00)
Park Cinema kinoteatrlarının birində qiymət siyasətindəki dəyişikliklər açıqlandı.
Park Cinema qiymətləri endirdi

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Park Cinema kinoteatrlarının birində qiymət siyasətindəki dəyişikliklər açıqlandı.

Bu gündən ölkənin ilk və yeganə kinoteartlar şəbəkəsi olan Park Cinema Metro Park AVM-də yerləşən ikinci meydançasında yeni qiymətlər tətbiq etdi.

Kinoteatr filmlərə daha da əlverişli qiymətlərlə baxmağa imkan yaradan yeni tarif və tarif planları tətbiq etmişdir. Bu gündən etibarən böyüklər üçün bir biletin qiyməti 4.8 AZN təşkil edəcək. Eləcə də qiymətləri 3.30 AZN-dən başlayan yeni Uşaq, Ailə 3, Ailə 4 və Super Gün kimi yeni tarif planları yaradılmışdır. Hazırlanmış Ailə 3 və Ailə 4 paketləri əvvəlki tariflərlə müqaisədə kinoya ailəvi şəkildə gedənlərin ailə büdcəsinə 25% qənaət etmək imkanı verir.

Yeni Uşaq tarif planı sayəsində valideynlər bileti uşaq bileti qiymətinə əldə edərək filmə uşaqlarla birgə baxa biləcəklər.

Hər çərşənbə axşamları isə hər kəs üçün ölkədə analoqu olmayan qiymətlər olacaq: Super Gündə biletlər 3.3 AZN (2D) və 4.3 AZN (3D) olacaq!

Park Cinema şəbəkəsinin direktoru N.Quliyev: "Biz kinoya qiymətlərin endirilməsi xəbərini bölüşməkdən şadıq! Bizim əsas iş prinsiplərimizdən biri də şəhər sakinləri qarşısında daşıdığımız sosial məsuliyyətdir. Bu həm də yeni tarif planlarının tətbiq olunmasının səbəblərindən biridir. Yeni çevik tariflər sayəsində hər kəs özünə daha münasib olan qiymətlə bilet seçib ala bilər".

Qiymətlərin endirilməsi Park Cinema-nın şəhər həyatının ən populyar və inkişaf edən sahəsində etdiyi növbəti innovasiyadır. Belə yenilik ölkənin kinoprokat sektoru tarixində ilk dəfədir ki, baş verir, və Park Cinema hesab edir ki, atılan addım kinoya getmək mədəniyyətini bərpa olunması və Azərbaycanda kino sektorunun inkişafında böyük rol oynayacaq.

Xatırladaq ki, Park Cinema Metro Park kinoteatrı 2013-cü ilin aprelində açılıb və oturacaq yerlərinin sayına və təchiz olunmuş ən müasir avadanlığa görə Cənubi Qazqazda ən böyük kinoteatrdır.

"Ad günün mübarək!" adlı daimi aksiya da məhz bu kinotearda keçirilir. Aksiyanın şərtlərinə görə ölkənin hər vətəndaşı öz doğum günündə kinoya pulsuz baxa bilər.

Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub.

Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti