...

Həftənin ilk iş günü Azərbaycanda hava mülayim keçəcək

Cəmiyyət Materials 17 Noyabr 2013 14:09 (UTC +04:00)
Azərbaycanda mülayim hava şəraiti davam edəcək.
Həftənin ilk iş günü Azərbaycanda hava mülayim keçəcək

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Azərbaycanda mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakı və Abşeron yarımadasında noyabrın 18-də havanın dəyişkən buludlu keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam arabir güclənən şimal-qərb
küləyi ilə əvəz olunacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarda noyabrın 18-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti