...

V Dünya İnformasiya Agentlikləri Konqresi Bakıda keçiriləcək

Cəmiyyət Materials 20 Noyabr 2013 12:42 (UTC +04:00)
İnformasiya agentliklərinin sayca beşinci ümumdünya konqresi 2016-cı ildə Bakıda keçiriləcək.
V Dünya İnformasiya Agentlikləri Konqresi Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

İnformasiya agentliklərinin sayca beşinci ümumdünya konqresi 2016-cı ildə Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Ər-Riyadda Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Ayar bildirib.

Ər-Riyadda IV Dünya İnformasiya Agentlikləri Konqresi (NAWC) keçirilir. Konqresə bütün dünyadan ümumilikdə 70-dən artıq informasiya agentliyi və ixtisaslaşmış kütləvi informasiya vasitələrinin 30 nümayəndəsi, eləcə də informasiya texnologiyaları və rabitə üzrə mütəxəssislər dəvət olunublar. Trend BİA da konqresdə iştiraka dəvət edilib.

NAWC-nin birinci iclası 2004-cü ildə Moskvada keçirilib. Forumun keçirilməsi ideyası İTAR-TASS-a məxsusdur.

İknci iclas 2007-ci ildə İspaniyanın Estepone şəhərində, III iclas isə 2010-cu ildə Buenos-Ayresdə (Argentinada) baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti