...

Mingəçevirdə region gəncləri üçün yeni media təlimi keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2013 11:40 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Region gəncləri üçün Onlayn Media Məktəbi” layihəsi çərçivəsində Mingəçevir şəhərində təlim keçirilib.
Mingəçevirdə region gəncləri üçün yeni media təlimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Region gəncləri üçün Onlayn Media Məktəbi" layihəsi çərçivəsində Mingəçevir şəhərində təlim keçirilib.

Trend-in məlumatına görə, 23-24 noyabr tarixlərində baş tutan praktik yeni media təliminə Azərbaycanın müxtəlif regionlarından olan 30-a yaxın gənc qatılıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi tərəfindən xüsusi hazırlanmış təlim proqramı vasitəsilə region gənclərinə yeni media və onlayn jurnalistika sahəsində bilik və bacarıqlar tədris olunub.

İkigünlük praktik məşğələ və 3 həftəlik onlayn dərslərdən ibarət olan media layihəsinin məqsədi regionlarda yaşayan gənclərə jurnalistika bilikləri aşılamaq və yeni medianın bütün üstünlükləri barədə onlara bilik və bacarıqlar öyrətmək, həmçinin regional medianın inkişafına töhfə verməkdir.

Qeyd edək ki, "Region gəncləri üçün Online Media Məktəbi" fərdi gəncin layihəsi olub və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsində qalib çıxıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İB, Gənclər üçün Təhsil Mərkəzi İB və Azərbaycan Könüllülər İctimai Birliyi Layihənin uğurla icra olunması üçün təşkilati dəstək göstərib.

"Azərbaycan Jurnalistlər Şəbəkəsi" (AJŞ) İctimai Birliyi 2012-ci ildə təsis olunub. Birliyin məqsədi Azərbaycanda etik və obyektiv jurnalistika standartlarının yüksəldilməsinə dəstək olmaqdır. AJŞ jurnalistlərin peşə bilik və bacarıqlarının artırılması üçün müxtəlif təlim proqramları və tədbirlər təşkil edir. Eyni zamanda ölkədə və dünyada jurnalistlər üçün təşkil olunan seminarlar, təhsil imkanları və vakansiyalar barədə məlumatlar yayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti