...

Azərbaycanlı və rusiyalı gənclərin III Beynəlxalq Forumu öz işinə başlayıb

Cəmiyyət Materials 27 Noyabr 2013 15:33 (UTC +04:00)
Bu gün Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznıy şəhərində "Yeni nəsil: sərhədsiz məsuliyyət" lll Beynəlxalq Gənclər Forumu öz işinə start verib.
Azərbaycanlı və rusiyalı gənclərin III Beynəlxalq Forumu öz işinə başlayıb

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İ.İzzət/

Bu gün Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznıy şəhərində "Yeni nəsil: sərhədsiz məsuliyyət" lll Beynəlxalq Gənclər Forumu öz işinə start verib.

Gənclər və İdman Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, açılış mərasimində çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, gənclər və idman nazirinin müavini İntiqam Babayev forumun böyük əhəmiyyət daşıdığını bildirib: "Bu səpkili forumlar əməkdaşlığın daha sıx müzakirəsi və inkişafı istiqamətində böyük əhəmiyyət kəsb edir. Fikir mübadilələrinin aparıldığı bu forum yeni layihə və ideyaların gerçəkləşməsinə təkan verir".

Forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, mədəniyyətlərarası dialoqu dəstəkləmək, gənc nəslin regionun dinc və davamlı inkişafında, münaqişələrin həllində, məlumatın yaradılmasında və ötürülməsində məsuliyyətini artırmaqdır.

Noyabrın 28-dək davam edəcək "Yeni nəsil: sərhədsiz məsuliyyət" lll Beynəlxalq Gənclər Forumuna Azərbaycan 50 nəfərlik nümayəndə heyəti ilə qatılıb.

Qeyd edək ki, 2011-ci və 2012-ci illərdə "Yeni nəsil: sərhədsiz məsuliyyət" Beynəlxalq Gənclər Forumu (I və II) Bakı şəhərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti