...

IDEA Avropanın Gənclər Paytaxtında on min ağac əkib (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2013 00:31 (UTC +04:00)
“Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et” - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Gəncədə bu şüarla ağacəkmə aksiyası keçirib.
IDEA Avropanın Gənclər Paytaxtında on min ağac əkib (FOTO)

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

"Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et" - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Gəncədə bu şüarla ağacəkmə aksiyası keçirib.

IDEA-dan Trend-ə verilən məlumata görə, IDEA-nın təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dekabrın 1-də Avropanın 2016-cı il Gənclər Paytaxtında on minə yaxın ağac əkilib.

Gəncədə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən ağacəkmə aksiyasında 1000-dən çox könüllü iştirak edib.

Əkilən ağaclar əsasən, Gəncəyə xüsusi yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan Eldar şamı, kiparis və Şərq çinarı olub.

IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi bundan sonra da ətraf mühitin mühafizəsi işində gənclərin dəstəyi ilə ekoloji aksiyalarını davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti