...

Həkimlər Kiyevdəki mitinqlərdə yoluxucu xəstəliklərin yayılacağı barədə xəbərdarlıq edirlər

Cəmiyyət Materials 7 Dekabr 2013 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Kiyevdə "Ölkənin qayğısını çəkirsənsə, öz sağlamlığını qoru" adlı aksiyaya başlanılıb.

Trend-in şəbnbə günü "Vesti.ru"ya istinadən verdiyi xəbərə görə, tədbirin keçirilməsində məqsəd nümayişçilər arasında qrip, tənəffüs yolların kəskin virus infeksiyası, vərəm, hepatit A və başqa bu kimi təhlükəli infeksiyalara yoluxma ehtimalı barədə xəbərdarlıq etməkdir. Aksiya nümayiş iştirakçılarının daha sıx toplaşdıqları yerlərdə keçiriləcək.

Bundan başqa, Kiyevin Səhiyyə Departamentinin mütəxəssisləri bütün arzu edənlərə məsləhətlər verəcək və tənzif sarğılar paylayacaqlar.

"İnterfaks" xəbər verir ki, digərləri ilə yanaşı, Kiyev Şəhər Təcili Yardım Kliniki Xəstəxanasının baş həkimi Anatoli Verşiqora və Kiyev Şəhər "Sağlamlıq" Mərkəzinin rəhbəri Otto Stoyka da aksiyada iştirak edəcəklər.

Tədbir Maydanda, Kreşatikdə, Kiyev şəhər administrasiyasının binasında, Həmkarlar İttifaqları Evində və "Oktyabr" sarayında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti