...

YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurası tərəfindən ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 11 Dekabr 2013 12:00 (UTC +04:00)
Azərbaycanın hər yerində olduğu kimi, Gəncə şəhərində də ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurası tərəfindən ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Azərbaycanın hər yerində olduğu kimi, Gəncə şəhərində də ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Gəncə şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Qadınlar Şurası tədbirlər planına uyğun olaraq, 10 dekabr 2013-cü ildə elmi-praktik konfrans keçirib. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, İdarə Heyətinin üzvləri, Qadınlar Şurasının İdarə Heyəti və Şura üzvləri, partiyanın qadın fəalları iştirak ediblər.

Elmi-praktik konfransı YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, doğma Vətəni və xalqına göstərdiyi misilsiz xidmətləri, cəmiyyətin aparıcı qüvvəsi olan qadınlara tükənməz diqqət və qayğısı, ulu öndərin ənənələrinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açıb.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qadınlar Şurasının sədri Pərvin Kərimzadə ulu öndərin zəngin ictimai-siyasi fəaliyyətində qadınlara xüsusi önəm verildiyini, onların məsul vəzifələrə irəli çəkildiyini, hərtərəfli qayğı ilə əhatə olunduqlarını vurğulayıb.

Azərbaycan Texnologiya Universitetinin prorektoru Gülsüm Fətəliyeva "Heydər Əliyev və Azərbaycan qadını", Gəncə Dövlət Universitetinin kafedra müdiri Vüsalə Veysəlova "Heydər Əliyev və Azərbaycan təhsili", "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova "Heydər Əliyev və Azərbaycan gəncliyi", Gəncə Dövlət Universitetinin baş müəllimi Aynur Şükürova "Heydər Əliyev və Gəncə ədəbi mühiti", Cümhuriyyət muzeyinin direktoru Şəhla Məmmədova "Heydər Əliyev və Aqrar siyasət" mövzularında məruzə ediblər.

Konfransda AMEA-nın Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin zəngin irsi xüsusən gənclər tərəfindən daha geniş miqyasda öyrənilməli və təbliğ olunmalıdır. Dahi rəhbərin əziz xatirəsini uca tutan gəncəlilər ümummilli liderin arzuladığı kimi, Gəncəni daim inkişaf etdirir, rəhbərin adına layiq nailiyyətlər qazanırlar. Şəhərimizdə dahi Heydər Əliyevin xatirə muzeyi, möhtəşəm Heydər Əliyev Mərkəzi, qurtuluşumuzun əzəmətini təcəssüm etdirən Zəfər Tağı yaradılıb.

Şəhərin baş meydanı və mərkəzi prospekti dünya şöhrətli siyasətçi Heydər Əliyevin adını daşıyır. Baş meydanda ucalan rəhbərin abidəsi önünə hər gün dəstə-dəstə tər çiçəklər qoyulur. Bütün bunlar gəncəlilərin Heydər Əliyevə dərin məhəbbət və ehtiramının ifadəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti