...

Ziyafət Əsgərov: Nədənsə ancaq parlament üzvlərinin əməkhaqlarının artımı cəmiyyətdə ajiotaj yaradır

Cəmiyyət Materials 11 Dekabr 2013 12:16 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin (MM) birinci vitse-spikeri parlament üzvlərinin aylıq maaşlarının qalxmasına münasibət bildirib.
Ziyafət Əsgərov: Nədənsə ancaq parlament üzvlərinin əməkhaqlarının artımı cəmiyyətdə ajiotaj yaradır

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Milli Məclisinin (MM) birinci vitse-spikeri parlament üzvlərinin aylıq maaşlarının qalxmasına münasibət bildirib.

Trend-in məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib ki, nədənsə ancaq parlament üzvlərinin əməkhaqlarının artımı cəmiyyətdə ajiotaj yaradır: "Əvvəla onu deyim ki, bizim millət vəkillərimizin maaşı xeyli illər əvvəl qalxmışdı. Maaşın qalxması normal məsələdir. Hesab edirəm ki, bunu nə iləsə əlaqələndirməyin heç bir əhəmiyyəti yoxdur".

Qeyd edək ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişiklik ediləcək. Maaş artımına əsasən, MM-in sədri 2250 manat (indiyədək 1950 manat olub), sədrin I müavini 2025 manat (indiyədək 1755 manat olub), Milli Məclis sədrinin müavini 1912,5 manat (indiyədək 1650 manat), Milli Məclisin komitə sədri 1800 manat (indiyədək 1560 manat olub), Milli Məclisin komitə sədrinin müavini 1687,5 manat (1462,5 manat), sıravi deputat isə 1575 manat (indiyədək 1365 manat olub) maaş alacaq.

Layihə MM-in dekabrın 17-də keçirilən iclasında müzakirə olunacaq və yeni maaş bu il dekabrın 1-dən hesablanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti