...

Avstraliyada Bakıda keçiriləcək II "Shared Societies" Forumuna hazırlıq məqsədilə III koordinasiya toplantısı təşkil olunub

Cəmiyyət Materials 12 Dekabr 2013 08:44 (UTC +04:00)
Avstraliya Bakıda keçirilməsi nəzərdə tutulan II "Shared Societies" Forumuna hazırlıq məqsədilə sayca üçüncü olan koordinasiya toplantısına ev sahibliyi edib.
Avstraliyada Bakıda keçiriləcək II "Shared Societies" Forumuna hazırlıq məqsədilə III koordinasiya toplantısı təşkil olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Avstraliya Bakıda keçirilməsi nəzərdə tutulan II "Shared Societies" Forumuna hazırlıq məqsədilə sayca üçüncü olan koordinasiya toplantısına ev sahibliyi edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, əsas məqsəd toplantının gündəliyinin, tərəfdaşların və çıxışcıların müəyyənləşdirilməsi idi.

II "Shared Societies" Forumunun Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü və təşkilatçılığı ilə 27-30 aprel 2014-cü il tarixlərində keçirilməsi planlaşdırılır. Forumun rəsmi tərəfdaşları sırasında İsgəndəriyyə Kitabxanası, Dünya Elm və Mədəniyyət Akademiyası, Roma Klubu, "Green Cross International", "World Future Council", Avropa Elm və Mədəniyyət Akademiyası kimi beynəlxalq institutlar var.

Avstraliyada keçirilən III koordinasiya toplantısında Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti xanım Vayra Vike-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Serageldin, Bolqarıstanın sabiq Prezidenti, Mərkəzin İdarə Heyətinin üzvü Peter Stoyanov, Niderlandın sabiq Baş naziri, Madrid Klubunun 2010-2013-cü illərdə prezidenti Vim Kok, Qırğızıstanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü xanım Roza Otunbayeva, YUNESKO "Broadband" komissarı, Mərkəzin üzvü səfir Valter Füst, Gürcüstan Universitetinin Qəyyumlar Şurasının sədri Giuli Alasaniya, İspaniyanın sabiq xarici işlər naziri, Madrid Klubunun baş katibi Karlos Vestendorp iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti