...

Azərbaycan ərazisində yaxın iki gündə qarlı, şaxtalı hava şəraiti davam edəcək, yollar buz bağlayacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 12 Dekabr 2013 13:11 (UTC +04:00)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 11:43-də yayılıb)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycan ərazisində yağıntılı, şaxtalı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək.

Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında dekabrın 13-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yollar buz bağlayacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında soyuq, qeyri-sabit hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti