...

Beynəlxalq "KCA Deutag" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Bakı Ali Neft Məktəbində olub

Cəmiyyət Materials 27 Dekabr 2013 10:45 (UTC +04:00)
Beynəlxalq “KCA Deutag” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Filip Vuds və inzibati işlər üzrə meneceri Fariz Səlimov Bakı Ali Neft Məktəbində olmuşlar.
Beynəlxalq "KCA Deutag" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Bakı Ali Neft Məktəbində olub

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Beynəlxalq "KCA Deutag" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Filip Vuds və inzibati işlər üzrə meneceri Fariz Səlimov Bakı Ali Neft Məktəbində olmuşlar.

Məktəbdən Trend-ə verilən məlumata görə, qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu bildirən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov onları qarşıdan gələn "Yeni İl" bayramı münasibəti ilə təbrik etmişdir.

Bakı Ali Neft Məktəbinin yaranma zərurətindən bəhs edən E.Qasımov vurğulamışdır ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda təhsil və milli kadrların hazırlanması istiqamətində böyük işlər həyata keçirilir ki, bunlardan biri də ölkədə müasir texnologiyalar əsasında yeni universitetlərin yaradılması və beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Bu yaxınlarda Azərbaycana böyük investisiyalar qoymuş Böyük Britaniyanın "British Petrolum" şirkəti ilə ARDNŞ arasında 2018-ci ilədək kadr potensialının milliləşdirilməsi memorandumu bu istiqamətə görülən işlərin daha da sürətləndirilməsinin və inkişafının göstəricisidir.

BANM-in Dövlət Neft Şirkətinin sturkturunda fəaliyyət göstərən ali təhsil müəssisəsi olduğunu bildirən rektor buna əsas səbəbin artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-nin həyata keçirdiyi layihələrdə işləyə biləcək kadr ehtiyatının formalaşdırılması olduğunu vurğulamışdır.

Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın "Heriot-Vatt" Universiteti ilə əmkdaşlığı və birgə fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verən E.Qasımov bildirmişdir ki, ali məktəbdə dərslər inglis dilində adı çəkilən universitetin tədris proqramlarına əsasən həyata keçirilir. Bununla yanaşı tədrisin keyfiyyətinə nəzarət, imtahanların keçirilməsi və qiymətləndirilməsi prosesi portnyor universitetlərin professor və müəllim heyəti tərəfindən həyata keçirilir. Bunun nəticəsi olaraq sonda tələbələrə iki diplom həm BANM-in həm də Heriot -Vatt Universitetinin diplomu verilir. Bununla yanaşı BANM-in xarici əlaqələrə verdiyi önəmdən danışan rektor BANM ilə "BP","Statoil", Total" kimi şirkətlərlə, eyni zamanda dünyanın net-qaz və kimya ixtisası üzrə tanınmış universitetlərindən olan Fransanın "İFP", Norveçin Stavanger və Tronheym universitetləri və həmçinin bir çox digər xarici şirkətlər və universitetlərlə qurulan əlaqələri və birgə fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

O, BANM ilə "KCA Deutag" şirkəti arasında əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirmiş və tələbələrin onların şirkətlərində gələcəkdə təcrübə keçmələri üçün şərait yaradılmasını xahiş etmişdir.

Bakı Ali Neft Məktəbinə dəvət edildiyinə görə minnətdarlığını bildirən "KCA Deutag" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Filip Vuds vurğulamışdır ki, Azərbaycanda neft-qaz sənayesi dinamik inşaf etməkdədir. Bu baxımdan yüksək ixtisaslı, müasir standartlara cavab verən mütəxəssislərin yetişdirilməsi olduqca vacib məsələdir.

O, qeyd etmişdir ki, "KCA Deutag" şirkəti qazma sahəsində fəaliyyət göstərən bir beynəlxalq şirkətdir və bu gün 20 ölkədə 100-dən çox qurğuları var. Azərbaycanda uzun zamandır fəaliyyət göstərdiklərini bildirən Filip Vuds bildirmişdir ki, müasir standartlara cavab verən kadrların yetişdirilməsində onlar da maraqlıdırlar və bu istiqamətdə şirkət olaraq bir çox işlər görürlər və bir çox layihələrə dəstək olurlar.

O, bildirmişdir ki, Azərbaycanda böyük layihələr həyata keçirməyi planlaşdıran "KCA Deutag" şirkəti üçün Bakı Ali Neft Məktəbi ilə müxtəlif sahələrdə əməkdaşlığın qurulması olduqca vacibdir.

Görüş çərçivəsində "KCA Deutag" şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında birgə əməkdaşlığın istiqamətləri müzakirə edilmiş və razılıq əldə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti