...

"Nobel Oil" şirkəti və "SOS Uşaq Kəndləri" Gəncədə uşaqlar evində xeyriyyə tədbiri təşkil edib (FOTO)

Cəmiyyət Materials 4 Yanvar 2014 14:17 (UTC +04:00)
29 dekabr 2013-cü il tarixində "Nobel Oil" şirkəti korporativ sosial məsuliyyət proqramının bir hissəsi kimi, Gəncə şəhərində "SOS Uşaq Kəndləri" təşkilatı ilə birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib.
"Nobel Oil" şirkəti və "SOS Uşaq Kəndləri" Gəncədə uşaqlar evində xeyriyyə tədbiri təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 4 yanvar /Trend/

29 dekabr 2013-cü il tarixində "Nobel Oil" şirkəti korporativ sosial məsuliyyət proqramının bir hissəsi kimi, Gəncə şəhərində "SOS Uşaq Kəndləri" təşkilatı ilə birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib.

Xeyriyyə tədbiri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının qeyd edilməsi məqsədilə təşkil olunub.

Xeyriyyə tədbirinin proqramına şənlikdə iştirak edən yüzdən artıq uşaq üçün nəzərdə tutulmuş Gəncənin yerli teatr aktyorlarının hazırladıqları şou proqram, müsabiqələr və hədiyyələrin təqdim olunma mərasimi daxildir.

"SOS Uşaq Kəndləri Gəncə" layihəsinin rəhbəri Yaşar Qocayev tədbir zamanı deyib: "Biz Azərbaycanda fəaliyyət göstərən özəl sektordan gələn dəstəyə görə öz təşəkkürümüzü bildiririk. Məhz bu cür kömək sayəsində belə tədbirlərin keçirilməsi mümkün olur".

"Nobel Oil" şirkəti "SOS Uşaq Kəndləri" təşkilatı ilə 2012-ci ildən əməkdaşlıq edir və onun layihələrinə istər paytaxt Bakıda, istərsə də Azərbaycanın ikinci böyük şəhəri Gəncədə öz töhfəsini verir.

"Nobel Oil" şirkəti beynəlxalq təşkilatlarla əməkdaşlıq quraraq Azərbaycan gəncləri arasında təhsil və innovativ düşüncəni inkişaf etdirməklə gələcək nəsillərə dəstək olmağı özünə vəzifə borcu bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti