Gürcüstan, Tbilisi, 7 dekabr /Trend, müxbir N.Kirsxaliya/
2013-cü ilin dekabrında Gürcüstana səfər edənlərin əksəriyyəti Türkiyə vətəndaşları olub.
Trend xəbər verir ki, Gürcüstan DİN-in məlumatına görə, göstərilən dövrdə Gürcüstana səfər edənlərin sayı Azərbaycandan (16,3 faiz artım), Ermənistandan (26,8 faiz artım), Ukraynadan (69,3 faiz artım), Rusiyadan (40,6 faiz artım), İrandan (33,8 faiz artım) artıb.
Gürcüstan DİN-in statistikası Avropa İttifaqı ölkələrindən səfər edənlərlə bağlı pozitiv tendensiyanın da saxlandığını deməyə imkan verir.
Bundan başqa, Gürcüstana səfər edən Qazaxıstan və İsrail vətəndaşlarının sayı müvafiq olaraq 40 faiz və 29 faiz artıb. Ölkəyə səfər edən Belarus vətəndaşlarının sayı isə 62 faiz artıb.
Məlumata görə, dekabrda Gürcüstana 391 724 nəfər səfər edib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 5 faiz çoxdur. Ötən il ərzində Gürcüstana 5 365 356 nəfər səfər edib ki, bu da 2012-ci ilin göstəricisindən 21,2 faiz çoxdur.