...

Yerevanda hərbi qulluqçu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Cəmiyyət Materials 13 Yanvar 2014 18:27 (UTC +04:00)
Yanvarın 13-nə keçən gecə Ermənistanın N saylı hərbi hissəsinin 18 yaşlı əsgəri Mqer Xlqatyan ağır və huşsuz vəziyyətdə Yerevan hərbi hospitalına çatdırılıb.
Yerevanda hərbi qulluqçu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Yanvarın 13-nə keçən gecə Ermənistanın N saylı hərbi hissəsinin 18 yaşlı əsgəri Mqer Xlqatyan ağır və huşsuz vəziyyətdə Yerevan hərbi hospitalına çatdırılıb.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, xəstəxanaya toplaşan əsgərin qohum və dostları bildiriblər ki, onu hərbi hissədə vəhşicəsinə döyüblər. Belə ki, əsgərin bədənində xeyli sayda zorakılıq əlamətləri var.

M.Xlqatyan 2013-cü il dekabrın 18-də hərbi xidmətə çağrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti