Azərbaycan, Bakı, 22 yanvar /Trend/
Üç il ərzində Ermənistanda qiymət artımı 18,8 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə 1in.am saytı "Joxovurd" qəzetinə istinadən xəbər verir.
Ermənistan Milli Statistika Xidmətinin dərc etdiyi "Ermənistanda istehlak qiymətləri indeksi" adlı hesabata əsasən, 2010-cu illə müqayisədə 2013-cü ildə qiymət artılmı 18,8 faiz təşkil edib. Xüsusilə, ərzaq məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə - 21,7 faiz, geyim və ayaqqabı - 22,2 faiz, tibbi xidmət və dərman preparatları isə 28,8 faiz artıb.
2012-ci illə müqayisədə isə ötən il ərzində qiymət artımı 5,8 faiz təşkil edib.
Qəzet yazır: "Etiraf edək ki, bu, qorxulu rəqəmlərdir".