...

Ukraynada etirazçılar vilayət administrasiyasının inzibati binasını ələ keçiriblər

Cəmiyyət Materials 24 Yanvar 2014 00:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Ukraynanın Ternopol şəhərinin sakinləri cümə axşamı xalq yığıncağından sonra Ternopol dövlət vilayət administrasiyasının inzibati binasına daxil olublar. Bu barədə Trend UNİAN agentliyinə istinadən məlumat verir.

Təqribən min nəfər binanı ələ keçirib.

Məlumata görə, hüquq mühafizə əməkdaşları etirazçıların yolunu kəssə də, onlar binaya daxil ola biliblər.

Analoji aksiyalar digər vilayətlərdə də keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti