Azərbaycan, Bakı, 31 yanvar /Trend/
Yanvarın 31-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular Azərbaycan və Macarıstan arasında keçirilən biznes forum, Azərbaycan Mərkəzi Bankının ölkədə kredit dərəcələrinin azalmasının təsirləri haqqında proqnozları, Azərbaycan şərabının dünya bazarlarında mümkün təşviqi, ölkədə hava şəraitinin kəskinləşməsi, Rusiya mətbuatının Azərbaycanın tanınmış səyahətçisi Ramil Ziyadov haqqında reportajı hazırlaması, qədim Misir ulduz falı və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.