...

Azərbaycanda qarlı, şaxtalı hava şəraiti davam edəcək

Cəmiyyət Materials 31 Yanvar 2014 11:57 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakı və Abşeron yarımadasında fevralın 1-də arabir qar yağacaq, mülayiş şimal-şərq küləyi əsəcək.
Azərbaycanda qarlı, şaxtalı hava şəraiti davam edəcək

Azərbaycan, bakı, 31 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda qarlı, şaxtalı hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 1-də arabir qar yağacaq, mülayiş şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında fevralın 1-də havanın temperaturu gecə və səhər 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Azərbaycan rayonlarında da fevralın 1-də qar yağacaq, şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturu gecə 4-8 dərəcə şaxta, gündüz 0-4 şaxta proqnozlaşdırılır. Dağlarda gecə 13-18, gündüz 3-8 dərəcə şaxta gözlənilir.

Fevralın ilk günlərində Azərbaycanda şaxtalı, qarlı hava şəraiti davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti