...

FHN rəhbərliyi Göygöldə 450-dən çox vətəndaşın müraciətini dinlədi

Cəmiyyət Materials 31 Yanvar 2014 21:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Göygöl şəhərində Gəncə şəhərinin, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən və Samux rayonlarının sakinlərinin qəbulunu keçirib.

Trend Fövqəladə Hallar Nazirlyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, nazir tərəfindən qəbul edilən 32 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 280, digər məsələlərlə bağlı müraciət etmiş 145 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Xəbər lenti

Xəbər lenti