...

Azərbaycanın İsmayıllı rayonunda bu gün ikinci zəlzələ baş verib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 3 Fevral 2014 15:01 (UTC +04:00)

Yeni məlumat əlavə olunub (ilk xəbər 10:49-da yayılıb)

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın İsmayıllı rayonunda zəlzələ baş verib.

Trend-in Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 14:43:44 -də Pirquludan 15 km qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Tikililərdə dağıntı yoxdur.

Bu gün səhər də İsmayıllı rayonunda 4 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, fevralın 3-də, yerli vaxtla saat 07:51:33-də Pirquludan 15 km qərbdə, İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti