...

Azərbaycanda XI sinif şagirdləri üçün "Müstəqil Azərbaycan tarixi" mövzusunda əlavə dərslərin tədrisinə başlanılıb

Cəmiyyət Materials 14 Fevral 2014 17:07 (UTC +04:00)
Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində "Müstəqil Azərbaycan tarixi" mövzusunda əlavə dərslərin tədris olunmasına başlanılıb.
Azərbaycanda XI sinif şagirdləri üçün "Müstəqil Azərbaycan tarixi" mövzusunda əlavə dərslərin tədrisinə başlanılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində "Müstəqil Azərbaycan tarixi" mövzusunda əlavə dərslərin tədris olunmasına başlanılıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, 2014-cü ilin fevral-may aylarında tədris olunacaq dərslərin əsas məqsədi şagirdlərə müasir Azərbaycan tarixi haqqında daha dolğun və əhatəli məlumatların verilməsidir.

Müvafiq istiqamətdə təlimin keyfiyyətinin yüksəldilməsi və məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən dərslər, eyni zamanda, şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

Heydər Əliyev mərkəzlərində keçirilən dərsləri tədris edən müəllimlər, dərslərin mövzuları və qrafiki əvvəlcədən müəyyənləşdirilib. Həmçinin müəllimlərə kömək məqsədilə müvafiq tezislər və tövsiyələr hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti