...

Azərbaycanlı və fransız uşaqlar üçün yumurta boyama dərnəyi təşkil edilib (FOTO)

Cəmiyyət Materials 17 Mart 2014 01:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Paris Azərbaycan Evi Novruz bayramı münasibətilə "Milli adət-ənənələrimizi unutmayaq" adlı layihəsi çərçivəsində Azərbaycanın UNESCO yanındakı Daimi nümayəndəliyinin dəstəyi ilə UNESCO-nun binasında azərbaycanlı və fransız uşaqlar üçün yumurta boyama dərnəyi təşkil edib.

Azərbaycan Evinin məqsədlərindən biri də milli adət-ənənələrin kiçik yaşlı azərbaycanlı soydaşlarımıza, eyni zamanda, fransızlara öyrədilməsidir.

Layihənin rəhbəri, Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva uşaqlara Novruz bayramı haqqında geniş məlumat verib.

Tədbirin fəxri qonağı məşhur rəssam Əsmər Nərimanbəyova uşaqlara günəş, buta, səməni, alov kimi milli naxışları əks etdirən nümunələr təqdim edib.

Azərbaycan Evinin incəsənət üzrə məsləhətçisi rəssam Mehri Quliyeva və təşkilatın sədr müavini Jalə Babayeva da uşaqlara bəzəmə işində məsləhətlər verib və naxışlar barədə məlumatlandırıb.

Sonda uşaqlar Novruz süfrəsini əks etdirən ləziz Novruz təamlarından şəkərbura, paxlava və digər bayram təamları ilə xonça bəzədilməsində iştirak ediblər.

Tədbirdə 30 uşaq iştirak edib.

Xəbər lenti

Xəbər lenti