Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir E.Mehdiyev/
Bakının əsas prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Heydər Əliyev prospektində bütün istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
Qeyd edək ki, informasiya lövhələrinin quraşdırılması ilə əlaqədar paytaxtın Heydər Əliyev prospektində avtomobillərin hərəkətinə hissə-hissə məhdudiyyət qoyulmuşdu.