...

Fatimə Əkbər istedadlı, lakin özünü təqdim etməyə ehtiyac duymayan təvazökar bir xanımdır (FOTO)

Cəmiyyət Materials 27 Mart 2014 14:42 (UTC +04:00)
Fatimə Əkbər yetəri qədər istedada malik olan, lakin heç vaxt özünü təqdim etməyə ehtiyac duymayan təvazökar bir xanımdır.
Fatimə Əkbər istedadlı, lakin özünü təqdim etməyə ehtiyac duymayan təvazökar bir xanımdır (FOTO)

Fatimə Əkbər yetəri qədər istedada malik olan, lakin heç vaxt özünü təqdim etməyə ehtiyac duymayan təvazökar bir xanımdır. Qeyd etmək lazımdır ki, o, Azərbaycan vizaj məktəbinin ilk və mükəmməl rəssamıdır. Azərbaycanı xarici dövlətlərdə layiqincə təmsil etmiş yeganə azərbaycanlı vizajistdir. Onun bu həyat yollarındakı qazandığı uğurları saymaqla bitməz.

Fatimə Əkbər 2004-cü ilin oktyabr ayında Fransada Azərbaycan Moda Assosiasiyasının iştirak etdiyi müsabiqədə xüsusi istedad və bacarığına görə fəxri diplomla təltif olunmuşdur. 2004-cü ilin noyabr ayında isə İtaliyanın Milan şəhərində 72 ölkənin iştirakı ilə keçirilən "Rənglər, saçlar və estetika" müsabiqəsinin qalibi olmuş və xüsusi diploma layiq görülmüşdür. Fatimə Əkbər 2007-ci ildə Çinin 13 şəhərində keçirilmiş 56 ölkənin gözəllərinin iştirak etdiyi "Dünya gözəllik" yarışmasında münsiflər heyətinin tərkibində münsif olaraq iştirak etmişdir. Bu ona göstərilmiş xüsusi etimaddır.

Fatimə Əkbər Azərbaycan Moda Assosiasiyasında moda və vizaj departamentinin sədridir. O, Azərbaycan vizaj məktəbinin inkişafında göstərdiyi xidmətlərinə görə dəfələrlə diplomlara layiq görülmüşdür. Fatimə uğurlu işlərə imza atmış və imza atmağa davam edən bir xanımdır. Onun öz dəsti-xətti, rəngləri fərqli görmək, duymaq, onu öz işlərində göstərmək qabiliyyəti var. Onun ən böyük uğuru isə 2014-cü il fevralın 21-də keçirilmiş "Dünya paltarı" müsabiqəsində moda və vizaj hakimi fəxri adına layiq görülərək diplomla təltif olunmasıdır.

Əminliklə qeyd edə bilərik ki, o, doğrudanda öz sahəsində ilk və birincidir. Artıq moda və vizaj sahəsinə aid olan müsabiqə və tədbirlərdə, master-klasslarda hakim kimi iştirak edib hər kəsin layiq olduğu qiyməti vermək hüququna malikdir. Fatimə Əkbərin hakim kimi iştirak edəcəyi müsabiqələrdə rəyi çox önəmli olacaqdır. Onun təqdimata heç vaxt ehtiyacı yoxdur. Çünki onun gördüyü işlər, xarici dövlətlərdə elini-obasını, torpağını layiqincə təmsil etməsi buna əyani sübutdur. Onun rənglər dünyası fərqli və gözəldir. Bu rəngli və sehrli dünyanın çox az bir hissəsini sizə təqdim etdik. Fatimə xanımın rəngli və fərqli dünyasında ürəyincə olan bir dünya arzu edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti