...

Azərbaycanda stasionar kompüter bazarının payı 1,85 faiz azalıb

Cəmiyyət Materials 31 Mart 2014 10:59 (UTC +04:00)
2014-cü ilin birinci rübünün nəticəsinə görə, Azərbaycanda stasionar kompüterlər (desktoplar) bazarının payı 1,85 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü “Global Stats” Statistika Mərkəzi xəbər verib.
Azərbaycanda stasionar kompüter bazarının payı 1,85 faiz azalıb

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir H.Vəliyev/

2014-cü ilin birinci rübünün nəticəsinə görə, Azərbaycanda stasionar kompüterlər (desktoplar) bazarının payı 1,85 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Global Stats" Statistika Mərkəzi xəbər verib.

Məlumata görə, Azərbaycanda stolüstü kompüterlər bazarının payı 69,19 faiz təşkil edir. Keçən ilin analoji dövrü ilə müqayisədə ölkədə stolüstü kompüter bazarı 20,21 faiz azalıb.

Birinci rübün nəticələrinə görə, Azərbaycanda portativ kompüterlər (noutbuklar, netbuklar) bazarında 3,13 faiz artım qeyd edilib. Azərbaycanda portativ kompüterlər bazarının payı 26,29 faiz təşkil edir. Keçən ilin analoji dövrü ilə müqayisədə, bazarın bu seqmenti 135,36 faiz artıb.

4,52 faiz payla reytinqdə üçüncü yeri planşet kompüterləri tutur. 2014-cü ilin yanvar-mart aylarının yekunları üzrə bazarın bu seqmentinin artımı 12,43 faiz, 2013-cü ilin analoji göstəricisi ilə müqayisədə isə 114,21 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti