...

Heydər Əliyev Fondunun dəstəyi ilə Qaradağda iməcilik keçirildi (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2014 11:18 (UTC +04:00)
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Qaradağda iməcilik keçirildi (FOTO)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun xalqımızın mənəvi dəyərlərinə yüksək ehtiram nümayiş etdirərək yaşıllaşdırma kampaniyalarına start verməsi ölkənin hər bir bölgəsində böyük rəğbətlə qarşılanır.

Bu ənənəyə sadiq olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə ağacəkmə kampaniyasına Qaradağ rayonunda da başlanıldı. Rayonun Səngəçal və Sahil qəsəbələrinin nəzərdə tutulmuş ərazilərində, eləcə də Bakı-Salyan avtomobil yolunun kənarında Eldar şamı, şam, kiparis və müxtəlif növ gül kolları olmaqla 5 mindən çox ağac əkildi.

Bu nəcib aksiyada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Şura üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri yaxından iştirak edirdi.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün başlanan bu hərəkat daha da genişlənərək böyük ərazini əhatə edəcək. Əkilən ağaçların qorunması üçün müvafiq suvarma sistemi qurularaq gecikdirilmədən aqrotexniki qulluq göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti