...

DİN Cəlilabadda dini radikalizmlə mübarizəyə dair tədbir keçirib

Cəmiyyət Materials 15 Aprel 2014 16:57 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans aprelin 15-də Cəlilabad rayonunda keçirilib.
DİN Cəlilabadda dini radikalizmlə mübarizəyə dair tədbir keçirib

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans aprelin 15-də Cəlilabad rayonunda keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev tədbirdə çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunması, radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ölkədəki ictimai-siyasi sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən kompleks tədbirlər görüldüyünü bildirib.

Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Namiq Camalov rayonda radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyillərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrdə İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbəsinin müdiri Qağayi Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad üzrə dini icmasının sədri Qəni Axundzadə, Ağsaqqallar Şurasının sədri Əliheydər Əsədov rayonda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti