...

Dendrologiya İnstitutu yenidənqurma işləri ilə bağlı məlumat yayıb (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2014 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutu yaz, yay mövsümündə səyahətçilərin sosial şəraitinin yaxşılaşdırılması və bağın beynəlxalq standartlarla müasir səviyyədə qurulması məqsədi ilə 10 min kvadratmetr asfalt örtüyü, 1800 kvadratmetr dam örtüyü vurulub, 6 min metr bordür çəkilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, istifadə müddəti bitmiş 2300 kvadratmetr su hovuzu əsaslı təmir olunub, bağın bütün ərazisi müasir işıqlandırma sistemi ilə təchiz edilib, yeni oturacaqlar yerləşdirilib. Bağın ərazisində, həmçinin 3 istixanada yenidənqurma işləri aparılıb, Asiya florasından 180 növə yaxın bəzək bitkiləri yerləşdirilib.

Eyni zamanda, xidməti binalara arxitektura formasında üzlük plitə çəkilib, mərkəzi inzibati binanın isə əsaslı təmiri başa çatmaq üzrədir.

Tikinti-quruculuq işləri çərçivəsində İnstitutun ərazisində yerləşən və böyük rus şairi Sergey Yeseninin adını daşıyan ev muzeyi yenidən təmir olunur, bağın giriş hissəsində isə giriş-çıxışa nəzarət etmək üçün müasir turniketlər quraşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti