Azərbaycan, Bakı, 28 aprel /Trend/
26 aprel 2014-cü il tarixində "Excelsior Hotel Baku" hotelinin "Əlincə" zalında marketinq və satış və ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirilmişdir.
"Ata Holding" ASC-nin bazar ertəsi yaydığı məlumata görə, ali məktəblərin yuxarı kurs tələbələri üçün təşkil edilmiş təlim "Excelsior Hotel Baku" hotelinin Marketinq və Satış Departamentinin Direktoru Damla Bayık və AtaHolding ASC-nin Kommunikasiyalar Şöbəsinin rəisi Dilarə Zamanova tərəfindən keçirilmişdir.
Təlim əsnasında Damla xanım iştirakçıları marketinqin və satış növlərinin strategiyası və həyata keçirilməsinə dair əsas prinsiplər ilə tanış etdi. Dilarə Zamanova öz növbəsində şirkətin müsbət nüfuzunun effektiv Ictimaiyyətlə Əlaqələr işinin qurulması əsasında təmin edilməsi üzrə əsas metod və texnologiyalardan, PR menecerin hansı xüsusiyyətlərə malik olmalı olduğundan bəhs etdi.
Aksiya AtaHolding şirkətinin Korporativ Sosial Məsuliyyəti çərçivəsində təşkil edilmişdir.
Qeyd etmək lazımdır ki, 2003-cü ildə fəaliyyətə başlamış "AtaHoldinq" ASC maliyyə və intellektual resursların idarə edilməsi, korporativ idarəetmə kimi iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyur. Şirkətin biznes istiqaməti əsasən Azərbaycanda maliyyə, informasiya texnologiyaları, sənaye, xidmət və turizm sahələrinin inkişafına yönəlmişdir.