...

Azərbaycanda il ərzində əməyin mühafizəsi qaydalarının pozulmasına görə 80-ə yaxın isan həyatını itirir

Cəmiyyət Materials 29 Aprel 2014 13:21 (UTC +04:00)
Azərbaycanda il ərzində əməyin mühafizəsi qaydalarının pozulmasına görə 250-yə yaxın insan həyatını itirirdi. Son illər ərzində isə bu rəqəm 80-ə düşüb.
Azərbaycanda il ərzində əməyin mühafizəsi qaydalarının pozulmasına görə 80-ə yaxın isan həyatını itirir

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda il ərzində əməyin mühafizəsi qaydalarının pozulmasına görə 250-yə yaxın insan həyatını itirirdi. Son illər ərzində isə bu rəqəm 80-ə düşüb. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli 28 aprel - Əməyin Mühafizəsi Günü ilə əlaqədar keçirilən tədbirdə çıxış edərkən deyib.

M.Kərimli qeyd edib ki, əməyin mühafizəsi qaydalarının pozulmasına görə dünyada 2 milyon 340 min nəfərə yaxın insan həlak olur. Onun sözlərinə görə, Azərbaycanda əvvəllər 100 min nəfərə 16 belə hadisə düşürdüsə, hazırda bu rəqəm 4 dəfəyə qədər azalıb: "Bu da o deməkdir ki, insan ölümünün sayı azalıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti