...

Bakıya təcili tibbi yardım helikopterlərinin gətirilməsi təklif olunur

Cəmiyyət Materials 2 May 2014 14:12 (UTC +04:00)
Trend-in məlumatına görə, belə bir təkliflə millət vəkili Etibar Hüseynov Milli Məclisin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" qanunun müzakirəsi zamanı çıxış edib.
Bakıya təcili tibbi yardım helikopterlərinin gətirilməsi təklif olunur

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.Mehdiyev/

Bakıya bir neçə ədəd təcili tibbi yardım helikopterlərinin gətirilməsi təklif olunur.

Trend-in məlumatına görə, belə bir təkliflə millət vəkili Etibar Hüseynov Milli Məclisin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" qanunun müzakirəsi zamanı çıxış edib.

E.Hüseynov qeyd edib ki, Bakıda yeni yolların salınmasına, körpülərin tikilməsinə baxmayaraq, tıxacların qarşısını almaq mümkün olmayıb: "Nəzərə alsaq ki, təcili tibbi yardım maşını ilə aparılan ağır xəstənin və ya yaralının taleyi saatlardan yox, dəqiqələrdən asılıdır, belə tıxaclar zamanı faciə baş verə bilər".

Bu baxımdan, millət vəkili hesab edir ki, Bakıya bir neçə ədəd təcili tibbi yardım helikopterlərinin gətirilməsi ilə bu cür halların qarşısını almaq mümkün olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti