...

Bakıda havanın temperaturu 5-10 dərəcə enəcək

Cəmiyyət Materials 6 May 2014 13:13 (UTC +04:00)
Sabah günün ikinci yarısında Bakıda havanın temperaturunun 5-10 dərəcə aşağı düşəcəyi gözlənilir.
Bakıda havanın temperaturu 5-10 dərəcə enəcək

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/

Sabah günün ikinci yarısında Bakıda havanın temperaturunun 5-10 dərəcə aşağı düşəcəyi gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı, arabir şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 11-16, günün birinci yarısı 25 dərəcəyədək, ikinci yarısında isə 15-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 7-də hava əsasən yağmursuz keçəcək, gecə və axşam saatlarında dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Gecə 12-17, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 20-25 dərəcə isti olacaq, ayrı-ayrı yerlərdə duman olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti