...

Nuşirəvan Məhərrəmli: Azərbaycan telekanallarında şou proqramların azalma tendensiyası başlayıb

Cəmiyyət Materials 9 May 2014 11:14 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası bəyan edib ki, Azərbaycan telekanallarında şou proqramların azalma tendensiyası başlayıb.
Nuşirəvan Məhərrəmli: Azərbaycan telekanallarında şou proqramların azalma tendensiyası başlayıb

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Mehdiyev/

Milli Televiziya və Radio Şurası bəyan edib ki, Azərbaycan telekanallarında şou proqramların azalma tendensiyası başlayıb.

Trend-in məlumatına görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə bildirib ki, telekanallarda şou xarakterli proqramların artma tendensiyası azalıb.

MTRŞ sədri hesab edir ki, televiziyalarda intellektual verilişlər daha çox yer almalıdır: "Çünki televiziya cəmiyyəti öz arxasınca aparan bir vasitədir. Ona görə də burada intellektual proqramların sayı daha çox olmalıdır".

Qeyd edək ki, hazırda Azərbaycanda 10 ümumrespublika, 1 peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti