...

Gələn ildən Azərbaycanda 11 illik təhsil bazasından kolleclərə qəbul buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq

Cəmiyyət Materials 15 May 2014 12:24
2015-cı ildən Azərbaycanda 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq.
Gələn ildən Azərbaycanda 11 illik təhsil bazasından kolleclərə qəbul buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İsabalayeva/

2015-cı ildən Azərbaycanda 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfansında bildirib.

Onun sözlərinə görə, bu il ilk dəfə olaraq bu mexanizm 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üçün tətbiq ediləcək. TQDK 11-ci sinifdən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu bu mexanizmlə aparmaq üçün builki qəbulun nəticələrinə baxıb həmin mexanizmi təkmilləşdirməyi planlaşdırır.

M.Abbaszadə əlavə edib ki, gələn il buraxılış imtahanlarının sayı artacaq: "Bu barədə 2 il əvvəl elan verilib. 2015-ci ildə buraxılış imtahanlarında 1 fənn artrılacaq. Gələn 9-cu sinifdə əlavə olaraq "Azərbaycan tarixi", 11-ci sinifdə isə 2 fənn -"Kimya" və "Azərbaycan tarixi" fənləri olacaq. Amma bu, seçim əsasında olacaq. Kimsə kimyanı, kimsə də Azərbaycan tarixini seçə biləcək. Bu layihə ekspertlər tərəfindən və Təhsil Nazirliyi ilə razılaşdırılıb. Amma hüquqi qaydalar hələ dəyişməyib".

TQDK sədri onu da qeyd edib ki, builki buraxılış imtahanlarında 9-cu sinif məzunlarına 60 sual təqdim ediləcək. Hər bir düzgün cavab 1 balla qiymətləndiriləcək. Şagirdlər həmin imtahanda maksimum 60 bal toplaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti