...

"AtaBank"ın dəstəyi ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir başa çatdı (FOTO)

Cəmiyyət Materials 20 May 2014 19:27 (UTC +04:00)
“AtaBank”ın dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupu və “Synergy Group" əməkdaşları arasında keçirilən mini futbol turniri başa çatıb.
"AtaBank"ın dəstəyi ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir başa çatdı (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend/

"AtaBank"ın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupu və "Synergy Group" əməkdaşları arasında keçirilən mini futbol turniri başa çatıb. Gərgin və maraqlı keçən yarışın yekununa əsasən "No Name" komandası titulunu qorumağı bacarıb.

Belə ki, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan turnirin mükafatçıları mayın 18-də rəsmiləşib. Tennis Akademiyasında baş tutan həlledici görüşlərdə öncə üçüncü yerin sahibinin adına aydınlıq gəlib. Bu qarşılaşmada "Gobustone"la "First United" üz-üzə gəlib. Qrup mərhələsi və pley-off oyunları ilə müqayisədə daha çox azarkeşin izlədiyi matç birincilərin aşkar üstünlüyü şəraitində keçib.

Düzdür, "First Uniyed" oyuna yaxşı başlayıb. Lakin onlar dəqiqələr deyil, saniyələr belə ötdükcə təşəbbüsü əldən veriblər. İntizamlı oyunu, keçilməz müdafiəsi və kəsərli hücumu ilə diqqət çəkən "Gobustone" isə üstünlüyünü qola çevirmək üçün çox əziyyət çəkməli olmayıb. Onlar cəmi 2 dəqiqəyə 2 dəqiq zərbə vuraraq, hesabı sona kimi qoruyublar. Əks hücumlara bel bağlayan "First Uniyed" təsəlli qolunu belə vura bilməyib və "Gobustone" turnirin üçüncüsü adına sahib olub.

Ardınca "No Name" və "VTB Bank" komandaları turnirin ən güclüsünü müəyyənləşdiriblər. Arenaya toplaşan azarkeşlər, sözün həqiqi mənasında, adına layiq finala şahidlik ediblər. Bundan əlavə, qarşılaşma hər 2 klub üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki son çempion qrup mərhələsində "VTB Bank"a uduzduğundan (1:2) revanş almağa, rəqib isə qələbəsinin təsadüfü olmadığını sübut etməyə çalışıb. Özü də hər 2 komandaya kifayət qədər dəstək olan çılğın azarkeşlərin alqış sədaları altında.

Beləcə matçın startından sonuna kimi görüş dramatikliyi, gərginliyi və əzmkarlığı ilə turnirin bəzəyinə çevrilib. Lakin hücumların bir-binini əvəz etdiyi oyunun taleyini cəmi 1 qol həll edib. Bu qolu isə ikinci hissənin 11-ci dəqiqəsində "VTB Bank"ın aparıcı oyunçusu Orxan Nəsibov öz qapısından keçirib. Onun avroqolundan sonra kollektiv oyun nümayiş etdirən "No Name" taktikanı dəyişərək, əsasan əks hücumlara bel bağlayıb. İrəli atılan "VTB Bank" isə istəyini həyata keçirə bilməyib. Daha doğrusu, həmin qarşılaşmada idman xoşbəxtliyi bu komandadan üz döndərib.

"No Name" ilk turda məğlubiyyətə baxmayaraq, hələ də yarışda ən güclü olduğunu sübut edib. Bu komanda həqiqətən bütün mövqelərdə digərlərinə necə mübarizə aparmağın da yolunu göstərib. Lazım olanda toparlanmağı, müdafiədə dəqiqliyi və hücumları boşa verməməyi sevən "adsız komanda" bunun sayəsində yenə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, 1 ay davam edən uzun marafonda "No Name" "taxtını" heç kimə güzəştə getməyib. "VTB Bank" ikinci yeri tutduğu halda, "Gobustone" ilk "üçlüyü" qapayıb.

Oyunlar başa çatdıqdan sonra turnirin mükafatlandırma və rəsmi bağlanış mərasimi keçirilib. Çempiona 4000, 2-ci yeri tutan komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat pul mükafatı verilib.

Bağlanış mərasimində yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu "VTB Bank"ın lideri Anar Rəhimov seçilib. Yarışın bombardiri isə ötən il ən yaxşı nominasiyasının qalibi Emin Aydəmirov seçilib. Habelə, Hafiz Hüseynov qapıçılar arasında bütün rəqiblərini qabaqlayıb. Onlar hərəyə ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla mükafatlandırılıblar.

18 may
3-cü yer uğrunda
"Gobustone" - "First United" - 2:0
QOLLAR: Bayram Abdullayev, 3; Anar Əliyev, 5

Final
"No Name" - "VTB Bank" - 1:0
QOL: Orxan Nəsibov, 36 (öz qapısına)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti