...

Həftəsonu Azərbaycanda isti hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 23 May 2014 13:02 (UTC +04:00)
Havanın temperaturunun gecə 15-20, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Həftəsonu Azərbaycanda isti hava şəraiti hökm sürəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Həftəsonu Azərbaycanda isti hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 24-də hava şəraitinin gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti