...

Ramil Usubov Bərdədə vətəndaşları və polis olmaq istəyənləri qəbul edəcək

Cəmiyyət Materials 28 May 2014 12:27 (UTC +04:00)
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari ilin may ayının 31-də saat 10:00-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Coranboy, Naftalan və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.
Ramil Usubov Bərdədə vətəndaşları və polis olmaq istəyənləri qəbul edəcək

Azərbaycan, Bakı, 28 may /Trend/

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari ilin may ayının 31-də saat 10:00-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Coranboy, Naftalan və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, eyni zamanda, qeyd olunan rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifəsində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idmançı cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli şəxslər də qəbulda iştirak edə bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Boyu 180 santimetrdən aşağı olan vətəndaşların işlə təmin olunmaları ilə əlaqədar müraciətlərinə baxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti