...

Azərbaycanda 8000-ə yaxın abituriyent kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyir

Cəmiyyət Materials 30 May 2014 10:15
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlərin qeydiyyatını başa çatdırıb.
Azərbaycanda 8000-ə yaxın abituriyent kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlərin qeydiyyatını başa çatdırıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, mayın 19-dan aparılan qeydiyyat mayın 29-da yekunlaşıb. Bu müddətdə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən 7625 abituriyent qeydiyyatdan keçib.

Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna mayın 12-dən başlanılıb. Sənəd qəbulu iyunun 12-də başa çatacaq.

Ümumi orta təhsil bazasında (9 illik) kolleclərə qəbul bu ildən həmin təhsil pilləsini cari ildə bitirən şagirdlərin buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Yəni buraxılış imtahanı 9-cu sinfi bu il bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaq. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək. Buraxılış imtahanı 2 fənn üzrə - ana dili və riyaziyyatdan aparılacaq.

Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək. Bu imtahanda da abituriyentlərin ana dili və riyaziyyat fənləri üzrə bilikləri yoxlanılacaq. Əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyunun 29-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti