...

Dİn-in "Xəzri" Sağlamlıq və İstirahət Mərkəzində "Tibbin müasir nailiyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilib

Cəmiyyət Materials 7 İyun 2014 17:38 (UTC +04:00)
İyunun 7-də Daxili İşlər Nazirliyinin “Xəzri” Sağlamlıq və İstirahət Mərkəzində A.Heydərov adına Respublika Hospitalının 50 illik yubileyinə həsr olunmuş “Tibbin müasir nailiyyətləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Dİn-in "Xəzri" Sağlamlıq və İstirahət Mərkəzində "Tibbin müasir nailiyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan, Bakı, 7 iyun /Trend/

İyunun 7-də Daxili İşlər Nazirliyinin "Xəzri" Sağlamlıq və İstirahət Mərkəzində A.Heydərov adına Respublika Hospitalının 50 illik yubileyinə həsr olunmuş "Tibbin müasir nailiyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hospitalın rəisi, tibb xidməti polkovniki, respublikanın əməkdar həkimi Ramiz Əkbərov tədbiri giriş sözü ilə açaraq bu səhiyyə ocağının yaranma tarixi və keçdiyi inkişaf yolu barədə ətraflı məlumat vermişdir. O, ölkə və DİN rəhbərliyinin diqqət və qayğısı nəticəsində burada bir çox yeniliklərin həyata keçirildiyini, 21 şöbənin, 2 mərkəzin, 1 bölmənin, 3 yardımçı xidmət sahəsinin fəaliyyət göstərdiyini və 100-dən çox həkimin daxili işlər orqanları əməkdaşlarının sağlamlıqları keşiyində durduğunu xatırlatmışdır.

Hospitalda kadrlarla mütəmadi iş aparıldığı, maddi-texniki bazanın daha da möhkəmləndirildiyi, 30-a yaxın əməkdaşın Türkiyədə, Rusiya Federasiyasında, Avstriyada, Macarıstanda və digər ölkələrdə təcrübə keçdiyi nəzərə çatdırılmışdır.

Qeyd olunmuşdur ki, bu gün hospitalda 2 tibb elmləri doktoru, 11 tibb elmləri namizədi, 1 doktorant, 9 dissertant, 20 ali dərəcəli həkim, 25 ali dərəcəli tibb bacısı öz peşə borclarını layiqincə yerinə yetirirlər. Əldə etdikləri uğurlara görə 4 əməkdaşa Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar həkim" fəxri adı verilmişdir.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov beynəlxalq konfransın iştirakçılarına daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını çatdırmış, onlara uğurlar arzulamışdır.

İstənilən dövlətin iqtisadi potensialının və qüdrətinin həm də səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçüldüyünü vurğulayan nazir müavini ölkəmizdə ardıcıl surətdə reallaşdırılan islahatların Daxili İşlər Nazirliyindən də yan keçmədiyini, tabelikdəki müalicə və profilaktika müəssisələrində hər bir əməkdaşın, onların ailə üzvlərinin, mülki işçilərin və təqaüdçülərin sağlamlığının qorunması, kompleks müalicəsi üçün stasionar və digər zəruri tədbirlər həyata keçirildiyini xatırlatmış, aparılacaq müzakirələrin və irəli sürüləcək təkliflərin tibbi xidmətin keyfiyyətinin daha da artırılmasına müsbət təsir göstərəcəyinə, eyni zamanda, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə təkan verəcəyinə əminliyini bildrmişdir.

Daha sonra Türkiyə və Rusiyadan gələn qonaqların məruzələri dinlənilmişdir. A.Heydərov adına Respublika Hospitalının ayrı-ayrı əməkdaşlarının çıxışları da maraqla qarşılanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti