...

"Azəryolservis" ASC: Ziya Bünyadov prospektindəki tunel müvəqqəti açılıb

Cəmiyyət Materials 8 İyun 2014 09:27 (UTC +04:00)
Avtomobillərin hərəkəti üçün açıq olan Ziya Bünyadov prospektindəki ("Xutor" dairəsi) tunel tipli yol qovşağı bir müddət sonra bağlanacaq.
"Azəryolservis" ASC: Ziya Bünyadov prospektindəki tunel müvəqqəti açılıb

Azərbaycan, Bakı, 8 iyun /Trend /

Avtomobillərin hərəkəti üçün açıq olan Ziya Bünyadov prospektindəki ("Xutor" dairəsi) tunel tipli yol qovşağı bir müddət sonra bağlanacaq.

Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, on gün ərzində yardımçı yolda asfalt döşəməsi çəkiləcək, sonra isə tunel tamamlayıcı işlərin görülməsi üçün bağlanacaq.

Yol qovşağının tam açılışı iyun ikinci yarısında -iyulda planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti