...

"Breyn Rinq" intellektual oyunu bu həftənin şənbə günü efirə çıxacaq

Cəmiyyət Materials 13 İyun 2014 18:50 (UTC +04:00)
"Breyn Rinq" intellektual oyunu bu həftənin şənbə günü - iyunun 14-də efirə çıxacaq.
"Breyn Rinq" intellektual oyunu bu həftənin şənbə günü efirə çıxacaq

"Breyn Rinq" intellektual oyunu bu həftənin şənbə günü - iyunun 14-də efirə çıxacaq.

İyun ayının üçüncü seçim oyunu AzTV kanalında bir gün əvvəl - şənbə günü, iyunun 14-də yayımlanacaq.

Veriliş saat 21:30-da başlanacaq.

Bu oyunda iyun ayının üçüncü finalçısı müəyyənləşəcək və artıq ayın finalına çıxmış komandalara - Gəncə və Kapital Bank komandalarına qoşulacaq.

Ayın finalında Azərbaycan İntellektual Klublar Assosiasiyasının finalına çıxmaq uğrunda üçüncü vəsiqə oynanılacaq. Bu oyun bazar günü - iyulun 13-də AzTV kanalında yayımlanacaq.

Aprel və may aylarında kubokun finalçıları, müvafiq olaraq, Orion və Nar Mobile komandaları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti