...

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə gənc alimlər Harvard Universitetinin Türkiyədəki yay məktəbində iştirak edəcəklər

Cəmiyyət Materials 14 İyun 2014 11:32 (UTC +04:00)
Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycandan 10 doktorant və dissertant iyunun 16-dan 27-dək Türkiyənin İstanbul şəhərində təşkil olunacaq “Tibb və səhiyyə üzrə elmi tədqiqatların metodologiyası və etikası üzrə 5-ci beynəlxalq yay məktəbi”ndə iştirak edəcək.
Heydər Əliyev Mərkəzinin dəstəyi ilə gənc alimlər Harvard Universitetinin Türkiyədəki yay məktəbində iştirak edəcəklər

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycandan 10 doktorant və dissertant iyunun 16-dan 27-dək Türkiyənin İstanbul şəhərində təşkil olunacaq "Tibb və səhiyyə üzrə elmi tədqiqatların metodologiyası və etikası üzrə 5-ci beynəlxalq yay məktəbi"ndə iştirak edəcək.

Mərkəzdən Trend-ə bildiriblər ki, gənc alimlər ABŞ-ın Harvard Universitetinin Tibb fakültəsi, Türkiyənin Koç Universitetinin Tibb fakültəsi və İstanbul Sağlıq Müdirliyinin birgə təşkil etdiyi yay məktəbində müxtəlif təlimlərdə iştirak edəcək. Təlim nəticəsində iştirakçılar elmi işlərin yazılması zamanı məlumatların toplanması, statistikanın aparılması, araşdırma və nəşr etikası və s. zəruri biliklərə yiyələnəcək, o cümlədən dissertasiya işlərinin xarici jurnallarda nəşr etdirilməsinin metodologiyasını mənimsəyəcəklər.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzi elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi məqsədilə layihələr həyata keçirir. Bununla əlaqədar olaraq Mərkəz AMEA, Təhsil və Səhiyyə Nazirlikləri ilə birlikdə Azərbaycanda tibb, səhiyyə və sosial sahələrdə elmi iş üzərində çalışan 10 nəfər namizədi müəyyən edərək İstanbulda iştirakını təşkil edir.

Təlimlərin sonunda seminar iştirakçılarına Harvard və Koç Universitetlərinin sertifikatları təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti