...

TQDK sonuncu buraxılış imtahanlarının nəticələrini yaxın günlərdə elan edəcək

Cəmiyyət Materials 14 İyun 2014 12:27 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də 9 və 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrini yaxın günlərdə elan edəcək.
TQDK sonuncu buraxılış imtahanlarının nəticələrini yaxın günlərdə elan edəcək

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də 9 və 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrini yaxın günlərdə elan edəcək.

Trend komissiyanın saytına istinadən bildirir ki, imtahanlar Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında keçirilib.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

Bütün binalarda şagirdlər üçün normal imtahan şəraiti yaradılıb, imtahanın təlimata uyğun keçirilməsinə nəzarət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti