Azərbaycanda bir milyon manatlıq oğurluqla bağlı cinayətin detalları rəsmən açıqlandı (FOTO)

Azərbaycanda bir milyon manatlıq oğurluqla bağlı cinayətin detalları rəsmən açıqlandı (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlkin İzzət/

Abşeron rayon Polis Şöbəsinin əməkdaşları Xırdalan şəhərində yerləşən "Karat MMC"-nin dəyirman şöbəsinin ofisindən 1 milyon manat məbləğində pul oğurlanması cinayətinin üstünü açıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, keçirilmiş əməliyyat istintaq tədbirləri ilə cinayəti törətmiş şəxs - Abşeron rayon Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev saxlanılıb. İstintaqla müəyyən olunub ki, əvvəllər "Karat MMC"-də çalışan Ramil İmaməliyev işdən çıxdıqdan sonra ofisdən oğurluq etmək fikrinə düşüb. O, şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu qabaqcadan bilib. 2014-cü il aprelin 11-də gecə saatlarında ofisin binasına gələn Ramil İmaməliyev dam örtüyünü sökərək içəri daxil olub. R.İmaməliyev ofisdəki seyfin qapısını sındıraraq 1 milyon manat pulu idman çantasına doldurub və aradan çıxıb.

Oğurluq pulları Qobu qəsəbəsində yaşadığı evə gətirən Ramil İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər. Ramil İmaməliyev isə pulun bir hissəsini özü ilə götürərək "İnfiniti" markalı 90 HZ 200 dövlət nömrə nişanlı avtomobil alıb. Saxlanılarkən maşının yük yerindən 5 min manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanaraq götürülüb. Ramil İmaməliyev istintaqa ifadəsində bildirib ki, oğurladığı pulların demək olar ki, yarısını bir qrup şəxs hədə qorxu gələrək onun əlindən zorla alıb. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli bilinən 4 nəfəri - Kürdəmir rayon sakini, 35 yaşlı Aqil Şəmiyev, Qobustan rayon sakini, 31 yaşlı Zamiq Xasıyev, Beyləqan rayon sakinləri, 30 yaşlı Röyal Qədirovla 32 yaşlı Ruslan Əliyevi də saxlayıb. Araşdırmalarla müəyyən edilib ki, Ramil İmaməliyevin son zamanlar bahalı avtomobil sürməsi və varlanması onu tanıyan Aqil Şəmiyev və dostlarını şübhələndirib.

Onlar Ramili izləyərək Bakı şəhərində yerləşən restoranlardan birinin qarşısında başına torba keçirib zorla avtomobilə oturdublar. Ramil İmaməliyevin ifadəsinə görə onlar özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək 450 min manat pul tələb ediblər.

Ramil İmaməliyev onu girov saxlayan şəxslərin əlindən yaxa qurtarmaq üçün anası Ceyran İmaməliyevaya zəng edərək evdəki puldan 400 min manatı göndərməyi tapşırıb. Ceyran İmaməliyeva isə pulu sayaraq kiçik oğlu Ramizə verib və qardaşının dediyi yerə göndərib.

Ramiz İmaməliyevdən 450 min manat alındıqdan sonra o buraxılıb. Əldə olunan pul saxlanılan şəxslər arasına bölüşdürülüb. Əməliyyat istintaq tədbirləri zamanı pulun 20 min manatını Zamiq Xasıyevlə Aqil Şəmiyevdən, 98 min manatını isə Ruslan Əliyevdən aşkar edilərək maddi sübut kimi götürülüb. Eləcə də İmaməliyevlərin evində axtarış aparılarkən hissələrə ayrılaraq müxtəlif yerlərdə gizlədilmiş 6600 manat və 800 Amerika dolları tapılıb. Ramiz İmaməliyev daha sonra etiraf edib ki, qardaşı tutulmazdan bir neçə gün əvvəl ona və anasına zəng edərək oğurluq pulların 200 min manatını qəbiristanlıqda gizlətməyi tapşırıb. Ramiz İmaməliyev həmin pulu sellofan torbaya bükərək nənəsinin Qobu qəsəbə qəbiristanlığındakı qəbrinin üstündə qazaraq basdırıb. Polis əməkdaşları deyilən əraziyə baxış keçirərkən 190800 manat pulu taparaq istintaqa təhvil verib. Faktlarla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş açılıb, istintaq aparılır.

“Karvan-L” tender elan edir
“Karvan-L” tender elan edir
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Loading Bars
Xəbər lenti
Media nümayəndələri “Zəfər yolu”nun və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə yerində tanış olmaq məqsədilə səfərə yola düşüblər
ABŞ Dövlət katibi Ukraynaya səfərə gəlib
"Moderna" peyvəndinin üçüncü dozasının COVID-19-un yeni ştammlarına qarşı təsirli olduğu göstərilib
Teledərslərin mayın 6-na olan cədvəli açqılanıb
İsrail ordusu Suriyada "Hizbullah"ın mövqelərini atəşə tutub
Türkiyədə son sutkada koronavirusdan 38 218 nəfər sağalıb
Dünyada ötən sutka koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb - ÜST
"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib
İmişlidə evdə yanğın olub
Mingəçevir Dövlət Universitetində "Heydər Əliyev: Vətənimiz Azərbaycana həsr olunmuş ömür" mövzusunda dəyirmi masa keçirilib (FOTO)
ATƏT-in Minsk Qrupu saxlanılan ermənilərin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayıb
Ermənistanda Sergey Lavrovun səfərinə qarşı etiraz aksiyası keçirilib
Qəbələdə minik avtomobilləri toqquşub, ölən var
Kommunikasiya yollarının açılması Ermənistan üçün prioritet məsələ olmalıdır - Paşinyan
Qırğızıstanda ölkə hökuməti Nazirlər Kabineti ilə əvəz olunub
30 il ərzində heç bir müsbət irəliləyişə nail olmayan Minsk Qrupuna artıq gərək yoxdur - TƏHLİL
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb (FOTO)
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb (FOTO)
Bu şəxslərə özünütəcrid müddəti başa çatandan sonra SMS gəlməyə bilər
Ombudsman Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair HESABAT hazırlayıb
Dünyada aviadaşımalara tələb 7 faizdən çox artıb
Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar - Əli Əsədov
Azərbaycanla üç ölkə arasında Birgə Komissiyaların tərkibi təsdiqlənib
“Startap üçün yeni imkanlar” mövzusunda məlumatlandırıcı vebinar keçiriləcək
Qrız, Şahdağ və Xınalıqda qar yağıb - FAKTİKİ HAVA
Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
“Əsas Məsələ”də Ermənistandakı erkən seçkilərə hazırlıq və bu ölkədəki mövcud xaos müzakirə olunub (VİDEO)
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)
Putinlə Ərdoğan Qarabağı müzakirə edib
Türkiyəyə dəstək: UNEC ailəsi hər zaman qardaş Türkiyənin yanındadır
Aylıq 38 AZN-dən başlayan ödəniş!
Bu il Azərbaycan azad edilmiş ərazilərin bərpasına 1,5 milyard dollar vəsait qoyacaq - Nazir
Bakıda MTK-nın məsul şəxsi 5000 manat cərimələndi (FOTO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Dünya Prokurorlarının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı Bakıda keçiriləcək (FOTO)
Gəncədə evləri su basdı, FHN əməkdaşları əraziyə cəlb edildi (VİDEO)
Bakıda istismara yararsız 108 bina var - RƏSMİ
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
İranda koronavirusun bir neçə ştammı aşkarlanıb
ABŞ Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
Azərbaycan xalçaçıları peşə bayramını qeyd edirlər (FOTO)
Bakı məktəbləri arasında yeni layihəyə start verilib
Azərbaycan üç ermənini azad etməklə növbəti dəfə humanistliyini göstərdi - Deputat
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib (FOTO)
Ticarət obyektində aparılan qanunsuz tikinti dayandırılıb
Türkiyəyə müalicəyə göndərilən daha 2 qazimiz ölkəyə qayıtdı (FOTO)
Bakıda yük maşını yanıb
AQTİS və Argus-Fito sistemi arasında məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində texniki işlər davam edir
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 074 nəfər COVID-19-dan sağalıb, 1 080 nəfər yoluxub
Azərbaycana külli miqdarda narkotik keçirmək istəyən şəxslər yaxalandı (FOTO)
Vətən müharibəsi qəhrəmanlarına güzəştlər edilir – Məcəlləyə dəyişiklik
Yerin ətrafında uçuşlar üçün bilet satışı başlayır
DİN yas mərasimində polisin zorakılıq etməsilə bağlı paylaşılan materiallara aydınlıq gətirib
Gürcüstanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Fikrət Qoca dəfn edilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda əlilliyə görə qruplar ləğv ediləcək - Agentlik
Əlillik dərəcəsinin ləğvi ilə bağlı Baş Prokurorluğa 266 müraciət olub
Gürcüstanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Vətən müharibəsinin 400-ə yaxın qazisinə əlillik verilib
Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib
Qarabağda muzdlu kimi döyüşən Livan vətəndaşının istintaqı yekunlaşıb - DTX və Baş Prokurorluq (VİDEO)
Avropada İtaliya mafiyasına qarşı əməliyyat keçirilib
ƏDV faizlərini geri alanlar üçün daha bir qazanc fürsəti!
ADU-nun Konfutsi İnstitutu “Azərbaycan və Çin mədəniyyətində çiçək simvolikası" tədbiri keçirib
SOCAR Türkiyə-nin neft-kimya bölməsi təkrar emal həcmini 32% artırıb
Korrupsiyada günahlandırılan gömrük əməkdaşı barədə araşdırmaya başlanılıb
Azərbaycan Texniki Universiteti ilə Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib (FOTO)
Azərbaycan və Gürcüstan bir-birinə çox bağlıdır - İrakli Qaribaşvili
“Azərbaycanda Rektorlar Konfransı” Erasmus+ layihəsinin təqdimatı keçirilib (FOTO)
TƏBİB 20-yə yaxın tibb işçisinin vəzifədən azad edilməsinə münasibət bildirdi
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib (FOTO)
İrakli Qaribaşvili Azərbaycan Prezidentini Gürcüstana dəvət edib
Prezident İlham Əliyev: Azərbaycan və Gürcüstan xalqları arasında münasibətlər uzun tarixə əsaslanır
Prezident İlham Əliyev: Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir
Azərbaycanın Avroviziya təmsilçisinin geyim dizaynı məşhur modelyerə həvalə edilib
Uşaqlara siqaret satan mağaza cərimələndi
Pandemiya dövründə kütləvi iftar mərasimlərindən çəkinməliyik - Hacı Şahin Həsənli
G7 iclasında iştirak edən Hindistan nümayəndə heyəti karantinə alınıb
Avropa Parlamentinin terrorçuları “hərbi əsir” adlandırması ədalətsizliyin təzahürüdür – Deputat
Azərbaycanda "kölgə iqtisadiyyatı"na qarşı tədbirlər görülür (FOTO)
Bolqarıstan prezidenti parlamenti buraxacaq
"SOCAR Türkiyə"nin Əliağadakı üç müəssisəsi “Sıfır Tullantı Sertifikatı” alıb
Azərbaycanda erkən doğumlar azalır
Aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı üçün 14 milyon manat ödəniləcək - Nazir
Daha bir şəhidimizin nəşi tapılaraq ailəsinə təhvil verilib
Bakıda külək motosikleti aşırıb, sürücü xəsarət alıb (VİDEO)
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Sabah hava necə olacaq?
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
ABŞ-da təyyarə evin üstünə düşüb
Salyanda 15 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Əfqanıstan-Pakistan sərhədində hərbçilərə hücum olub - Ölən və yaralananlar var
Pambıq əkini üçün fermerlərə gübrələrin verilməsinə başlanılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Bakıda güclü külək TIR-ı aşırdı
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Yeni mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Türkiyədən Azərbaycana gətirilib (FOTO/VİDEO)
"Space" kanalına yeni rəhbər təyin olunub
Bütün xəbərlər