...

Azərbaycan mətbuatının nümayəndələri Türkiyədə təlim proqramında iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 2 İyul 2014 17:02 (UTC +04:00)
Azərbaycan mətbuatının nümayəndələri Anadolu Xəbər Agentliyi ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən "Elektron və çap mediası" adlı təlim proqramında iştirak edib.
Azərbaycan mətbuatının nümayəndələri Türkiyədə təlim proqramında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Azərbaycan mətbuatının nümayəndələri Anadolu Xəbər Agentliyi ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən "Elektron və çap mediası" adlı təlim proqramında iştirak edib.

Trend-in təlim ptoqramında iştirak edən əməkdaşının verdiyi məlumata görə, təlimlər Anadolu Xəbər Agentliyinin Xəbər Akademiyasında baş tutub.

20 nəfər Azərbaycan mətbuat nümayəndəsinin iştirak etdiyi proqramda elektron və çap mediasının əsasları, yeni informasiya və kommunikasiya texnologiyaların mediada tətbiqi, video, audio və digər materialların operativ hazırlamnası qaydaları, sosial medianın əhəmiyyəti, müəllif hüquqları və digər mövzular üzrə təlimlər keçirilib.

Təlim proqramının açılışında Anadolu Xəbər Agentliyinin baş direktoru Kamal Öztürk, Agentliyin koordinatoru Hayrı Çetinkuş da iştirak edib.

Azərbaycan mətbuat nümayəndələrini salamlayan K.Öztürk proqramın əhəmiyyətini qeyd edərək, Azərbaycan və Türkiyə mətbuat nümayəndələri arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu əlaqələrin genişləndirilməsi iki qardaş ölkənin media təmsilçiləri üçün böyük faydalar gətirəcək.

K.Öztürk proqram iştirakçılarına uğurlar arzu edərək təlimlərin onların gələcək fəaliyətinə mühüm töhfə verəcəyinə ümid etdiyini bildirib.

Təlimlər texniki system koordinatoru İrfan Kəskin, hüquqşünas Özlem Bora, mütəxəsislər Emre Çebişli, Muradxan Ok və digərləri tərəfindən keçirilib.

Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti