...

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kannda “Azərbaycan cazı” gecəsində iştirak edib (FOTO)

Cəmiyyət Materials 9 İyul 2014 08:16 (UTC +04:00)
İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günləri başlayıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və iyulun 31-dək davam edəcək Azərbaycan günləri “Azərbaycan cazı” konsert proqramı ilə start götürüb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kannda “Azərbaycan cazı” gecəsində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günləri başlayıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və iyulun 31-dək davam edəcək Azərbaycan günləri "Azərbaycan cazı" konsert proqramı ilə start götürüb.

Fonddan Trend-ə daxil olan məlumata görə, "Azərbaycan cazı" gecəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Konsertdə Azərbaycan cazının tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar təqdim olunub.

İzləyicilərə təqdim olunan konsert proqramında Azərbaycan cazının müxtəlif çalarları, həmçinin muğam-caz xoş anlar yaşadıb.

Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Azərbaycan tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan günləri çərçivəsində izləyicilər ölkəmizi müxtəlif aspektlərdə-tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcək.

Bu günlər çərçivəsində Azərbaycan bayraqları və banerləri ilə bəzədilən Kann şəhəri yerli sakinlər və qonaqlara ölkəmizlə yaxından tanışlıq imkanı yaradır.

Qeyd edək ki, Bakıda 2015-ci ildə keçiriləcək 1-ci Avropa Oyunlarının ölkədən kənarda təqdimatı ilə əlaqədar iyulun 9-da Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq təşkil olunacaq. Həmçinin Avropa Oyunlarının təqdimatı ilə bağlı burada qaçış üzrə marafon keçiriləcək. Marafonun qalibinə Heydər Əliyev Fondu tərəfindən qiymətli həddiyələr veriləcək.

Xəbər lenti

Xəbər lenti